AFFA-nın U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqaları üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunları tamamlanıb. Aprelin 2-də başlayan yarış 17 gün davam edib və aprelin 19-da seçmə mərhələyə yekun vurulub. Əvvəlcədən də məlumat verildiyi kimi, ancaq U-13, U-14, U-15 və U-16 liqalarının qalibi Bakıda təşkil olunacaq Azərbaycan çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqdı. Yekunda “Araz-Naxçıvan”ın U-13, U-14 və U-15 komandaları, U-16 Liqasında isə “UGİM Şərur” bu hüquqa sahib çıxıb.
Məlumat üçün qeyd edək ki, yarışlarda ümumilikdə 42 komanda iştirak edib. 5 müxtəlif stadionda 128 oyun keçirilib. Görüşləri Naxçıvan Müxtar Republikasından olan hakimlər idarə edib.